Bakı Sağlamlıq Mərkəzinin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənovun AK Parti Karaman Millət vəkili, Türk Dövlətləri Parlament Assambleyası Ekologiya və Təbii Sərvətlər Komissiyasının sədr müavini Dr. Rəcəb Şəkər ilə görüşü baş tutmuşdur.

Bakı Sağlamlıq Mərkəzinin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənovun AK Parti Karaman Millət vəkili, Türk Dövlətləri Parlament Assambleyası Ekologiya və Təbii Sərvətlər Komissiyasının sədr müavini Dr. Rəcəb Şəkər ilə görüşü baş tutmuşdur. Hörmətli Dr. Rəcəb Şəkərə Mərkəzimizdə göstərilən tibbi xidmətləri ilə bağlı məlumat verilmiş və klinikamızın xidmət göstərən şöbələrinə baxış keçirilmişdir. Daha sonra, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə ətraflı məlumat verilmiş və universitetdə yaradılmış şəraitlə tanış edilmişdir. Dos. Dr. Asiman Həsənov kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunduğunu, mürəkkəb əməliyyatların aparıldığını vurğulayıb. Daha sonra, Dr. Recep Şəkər Azərbaycanda səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilməsi, səhiyyənin dünya standartları üzrə inkişafına və onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdən olduğunu vurğulayıb. Sonda xatirə fotosu çəkildi.

Diqər xəbərlər